Paşinyan Brüssel görüşündən danışdı: Ağır oldu - APA TV
“Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə müzakirələr asan olmadı”.
APA TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin aylıq yekun hesabat iclasında deyib. O əlavə edib ki, hökumətin əsas hədəf gündəliyi sülhdür.
Nikol Paşinyan bu görüşlərlə bağlı müxalifətin səsləndirdiyi ittihamlara da cavab verib. O bildirib ki, hazırda müxalifətlə müzakirə aparmağa ehtiyac yoxdur. Bunu o vaxt edərlər ki, hakimiyyətdə cəmiyyətlə, siyasi qüvvələrlə müzakirəyə ehtiyac yaransın.
Xatırladaq ki, avqustun 31-dək Brüsseldə Aİ Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında dördüncü təkbətək görüş keçirilib. Alınan qərara görə liderlərin növbəti görüşü noyabrda baş tutacaq.
Erməni KİV-lərinin verdiyi məlumata görə, xarici işlər nazirləri səviyyəsində də sülh müqaviləsinin hazırlanması üçün substantiv danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub və bildirilib ki, növbəti görüş bir ay ərzində baş tutacaq.
FUAD SADIQOV
APA TV