Paşinyan: "Cavabımızı tezliklə Bakıya təqdim edəcəyik"

İrəvan tezliklə Bakının sülh müqaviləsinə dair növbəti təklifləri ilə bağlı öz rəylərini təqdim edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib.

 

"Yaxın vaxtlarda bunu müzakirə edib müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq", - Paşinyan bildirib.

Müəllif | Apa.Tv
Apa.tv