Paşinyan: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistandan gedir”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəyərək, ya istəməyərək Ermənistandan gedir və bu, bizi narahat edir.

 

APA-nın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

 

Paşinyan Ermənistanın KTMT-dan çıxması ilə bağlı məsələni isə ciddi saymayıb. O, məsələnin fərqli şəkildə - KTMT-nin Ermənistandan çıxıb-çıxmayacağı şəklində qoyulmalı olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv