Paşinyan KTMT sədrini günlərlə gözlədib qəbul etmədi - İrəvan nə etmək istəyir?

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi ilə görüşdən imtina edib.

APA TV xəbər verir ki, bu barədə erməni mediası məlumat verib.

Qeyd olunub ki, baş nazir sentyabrın 20-də ölkəyə beş günlük səfərə gələn KTMT-nin baş katibi Stanislav Zası qəbul etməkdən imtina edib.

Stanislav Zasın İrəvana səfərindən iki gün sonra Paşinyan Nyu-Yorka gedib və orada BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Paşinyanla Stoltenberqin Nyu-Yorkda görüşü barədə məlumat alan baş katib Ermənistanı planlaşdırdığından bir neçə gün tez tərk edib.

Erməni mətbuatı yazır ki, Paşinyanın Yens Stoltenberqlə görüşündən sonra Stanislav Zas heç bir Ermənistan rəsmisi ilə görüş keçirməyib.

Xatırladaq ki, Ermənistan KTMT-nin Qazaxıstanda keçirilən hərbi təlimlərində iştirakdan da imtina edib.

 

Müəllif | Apa.Tv
Apa.tv