Paşinyan Laçın-Xankəndi yoluna görə Moskvanı günahlandırdı
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinə ev sahibliyi etməyəcək”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan hazırkı vəziyyətdə təşkilatın təlimlərinin keçirilməsini yersiz hesab edir. Üstəlik Paşinyan Rusiya və Belarusun təklif etdiyi İttifaq dövlətlərinə qoşulmaq fikrində olmadıqlarını da söyləyib. O əlavə edib ki, Ermənistanın suverenlik və müstəqilliyi müstəsna dəyərdir.
Ermənistan-Türkiyə sərhədlərinin açılmasının vacibliyindən də danışan Baş nazir qeyd edib ki, İrəvan bu istiqamətdə konkret addımlar atmalıdır və bu qlobal əhəmiyyət daşıyacaq. O bunun Azərbaycan, İran, Ermənistan və Rusiya arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını da vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistan Yeraşx-Sədərək-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpası da daxil olmaqla, Ermənistan ərazisindən keçən avtomobil nəqliyyatının açıqlmasına hazırdır.
Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı da açıqlama verən Paşinyan bildirib ki,
Ermənistanın bu yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur. Bu məsələdə əsas vəzifələr Rusiya və Azərbaycana həvalə olunub.