Paşinyan: Naxçıvana quru əlaqəsini təmin etməyə hazırıq – APA TV
Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir.
Bu fikirləri Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib. SİTAT: “Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq” SİTATIN SONU.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır.