Paşinyan Ordu Gününə qatılmamaq üçün “xəstələnib”  

Ermənistanın “Hraparak” nəşrinin Baş nazir Nikol Paşinyanla bağlı iddiası ölkədə müzakirələrə yol açıb.
Bildirilir ki, Paşinyanın koronavirusa yoluxması və özünü buna görə təcrid etməsi xəbəri siyasi dairələrdə ciddi qəbul edilmir.
Çünki Baş nazir Ermənistan Ordusu Gününə həsr olunmuş tədbirdə iştirak etmək istəmir. Bu səbəbdən də koronavirusa yoluxduğunu deyir. 
Nəşr iddia edir ki, Paşinyanın növbəti dəfə təhlükəli virusa yoluxması faktı dünəndən siyasi dairələrdə fəal müzakirə olunur. Amma çoxları buna şübhə ilə yanaşır.

SİTAT: Xəstəliyin asemptomatik olduğu bildirilir. Çoxunu maraqlandıran bir sual var. Əgər xəstəlik asemptomatikdirsə, Paşinyanı testdən keçməyə nə məcbur edib? Baş nazirdə infeksiyaya yoluxma əlaməti olmasaydı, həkimə müraciət edərdimi?” 
Həmin gün Dəmirçyan adına idman kompleksində, 44 günlük müharibənin iştirakçılarının iştirak edəcəyi tədbir planlaşdırılır. Təşkilatçılar təsirli emosional təqdimatlar hazırlamaq istəyiblər. Lakin müharibə veteranları bunu istəməyiblər. Paşinyan isə öz növbəsində adi tədbirdə iştirak etmək istəməyib, “şou”suz olduğu üçün qatılmamaq qərarı verib – deyə qəzet yazıb.

Müəllif | Apa.Tv
Apa.tv