Paşinyan: “… özümüz çağırırıq: bizi məhv edin”

 

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrasının yekunlarına həsr olunmuş iclasda çıxış edərkən dövlət rəmzləri ilə bağlı bir neçə hay-küy doğuran açıqlama verib. Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb. O, Ermənistanın gerbi və himni məsələsinə isə psixoanaliz nöqteyi-nəzərindən yanaşıb. Baş nazir “Hayastan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın açıqlamalarını şərh edərkən gerbin “düzgün olması” ilə bağlı arqumentlərə toxunub. Deputat qeyd edib ki, baş nazirin tez-tez danışdığı “Ermənistanın kadastr kağızı” Ermənistanın gerbidir. Nikol Paşinyan isə “Əgər biz elan etsək ki, kadastrdan bu bizim sənədimizdir, o zaman çağırırıq: bizi məhv edin” deyə cavab verib. Ermənistan gerbinin məzmunu ilə bağlı məsələ çoxsaylı fərziyyələrə səbəb olub. Baş nazirin fikrincə, emblem ermənilərin psixologiyasını aydın şəkildə əks etdirir.

Müəllif | Apa.Tv
Apa.tv