Paşinyan: “Sülh müqaviləsi ilə bağlı söhbətlərdə irəliləyiş var”

Bakı sülh müqaviləsinin mətni ilə bağlı İrəvanın fevral ayının ortalarında göndərdiyi təklifə bir neçə gün əvvəl cavab verib.APA-nın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən  mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, 2-3 gün əvvəl Ermənistan Azərbaycandan cavab alıb: “ İrəliləyiş varmı? Qeyd etməliyəm ki, müəyyən irəliləyiş görürük”.

Bununla belə, Paşinyan danışıqlarda irəlilədikcə, daha çox fundamental problemlərin ortaya çıxdığını deyib.

Müəllif | Apa.Tv
Apa.tv