Paşinyan yaralıların sayını açıqladı
Azərbaycanla sərhəddə Ermənistan Ordusunun 207 hərbçisi ölüb, yaxud itkin düşüb.
APA TV “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib.
Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində 293 nəfər hərbi qulluqçu isə yaralanıb.
Baş nazir 20 hərbi qulluqçunun əsir düşdüyünü də vurğulayıb.