Paşinyanı "on ikinci imam" elan edəcəklər - Erməni siyasidən PROQNOZ

"Nikolu vuracaqlar. O artıq sahiblərinə tabe olmamağa və onlara qarşı çıxamağa başlayıb".

 

Bunu erməni politoloq Ağasi Yenokyan söyləyib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan son vaxt apardığı siyasətə və davranışlarına görə cəzalandırılacaq.

 

Sitat: "Daha ona ehtiyac yoxdur. Nikol sülh razılaşması və delimitasiya sənədini imzalayandan sonra vurulacağını anlayır. Azərbaycanla sərhədlərin delimitasiyası və sülh sazişi sənədini imzalamasa belə onun üçün heç nə dəyişməyəcək. Çünki sənədin imzalanması üçün başqa yollar tətbiq ediləcək. Üstəlik, Nikolun sıradan çıxarılması hökuməti dəyişməyin ən sadə yoludur. Nikoldan sonra bütün Arpida Voyanlar və Hovika Qazaryan kimiləri dərhal müxalifət blokuna qoşulacaq. İkincilər Milli Assambleyanın çoxluğuna çevriləcək və blokun lideri lazımsız rəsmiləşdirmələr, yeni seçkilər və mitinqlər olmadan baş nazir olacaq". Sitatın sonu

 

Politoloq onu da qeyd edib ki, cangüdənləri əcnəbilər olan Nikol Paşinyanın onu ancaq daxili izdihamdan və mü­xa­li­fətdən qoruya bilir, xarici xüsusi xidmət orqanlarına qarşı acizdirlər:

 

Sitat: "Soruşacaqsınız ki, belə bir vəziyyətdə Nikolun çıxış yolu nədir? Paşinyan onun ölüm fərmanını verənlərdən qurtulmaq üçün nə edə biləcəyini düşünməlidir. Çıxış yolu budur ki, o, qaçmalıdır. Təcrübəsi də var. Nikol 2008-ci ildən Ermənistandan qaçmağın gizli yollarını bilir, qoy köhnə yollarını bərpa edib qaçsın. Ermənistanın milli təhlükəsizliyi üçün ən mühüm təhdid Nikolun özü olacaq. Avropa onu "on ikinci imam" elan edəcək".

Sitatın sonu

 

 

Müəllif | Apa.Tv
Apa.tv