Paşinyanın oğlunu kimlər döyübmüş? - Sağatelyan hədələyir

“Müxalifət yaxın vaxtlarda küçə yürüşlərinə başlayacaq.” 

 

Bunu “Ermənistan” fraksiyasının deputatı, Ermənistan parlamentinin keçmiş vitse-spikeri İşxan Sağatelyan deyib. O əlavə edib ki, artıq partiya seçkilərə hazırlaşır.

 

“Müxaliflər birləşməlidirlər və hakimiyyətdən qurtulmalıyıq. Müxalifət küçə mübarizəsindən əl çəkməməlidir. Biz bu vəziyyətə dözmək fikrində deyilik və növbəti seçkilərə hazırlaşırıq, çünki növbəti seçki­lə­rə qədər ölkəmizdən heç nə qalmayacaq”.

 

Parlamentin sədri Alen Simonyana və Baş nazir Nikol Paşinyanın oğluna hücumla da fikir bildirən siyasətçi qeyd edib ki, baş verən hadisələr “Hayastan” fraksiyasının deputatı Mher Saakyanın həbsi ilə əlaqəlidir. Ermənistanda qanunlar qüvvədə olsaydı, siyasi, hüquqi nəticələr də olardı və Nikol Paşinyan, Alen Simonyan və onun hakimiyyəti xalqın başına gətirilən fəlakətə görə həbsxanaya düşərdi – deyə müxalif deputat əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv