Paşinyanın planları açıqlandı: Araik son günlərini yaşayır

Müvəqqəti olaraq Rusiya sülməramlılarının nəzarətində olan ərazilərimizdəki separatçı dəstənin başçısı Arayik Harutyunyan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gərginlik yaranıb. Bu barədə Ermənistanın “Hraparaq” qəzeti yazıb. Nəşr bildirib ki, Harutyunyan Ermənistan hakimiyyətinə qarşı çıxıb. Buna səbəb isə Paşinyanın onu siyasi proseslərdən kənarlaşdırmaq istəyidir. Qəzet onu bildirib ki, qondarma hökumət artıq Ermənistan hakimiyyəti üçün təhlükəyə çevrilib. Xatırladaq ki, Nikol Paşinyan son müsahibəsində Qarabağın bütövlükdə Azərbaycan aid olduğunu deyib:

 

"Mən Dağlıq Qarabağ Muxtar Vilayəti ifadəsi ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz".

 

Erməni ekspertlər bu çıxışın Arayik Harutyunyan və terrorçu dəstəsinin sonundan xəbər verdiyini bildiriblər.

 

Qəzet yazır ki, separatçıların anti-Azərbaycan çıxışları rəsmi İrəvanla Bakını üz-üzə qoyur və Paşinyan da onların bu mövqelərini dəstəkləsə və ya Azərbaycanla müharibə ritorikasını davam etdirsə, Ermənistanın varlığı sual altına düşə bilər.

 

Yazıda qeyd olunur ki, Paşinyanın növbəti addımı qondarma hökumət üçün maliyyə ayırmamaqdan ibarətdir. Daha sonra isə Araikin impiçmenti elan ediləcək və başında durduğu dırnaqarası hökumətin subyektivliyi ləğv olunacaq.

 

Fuad Sadıqov

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv