Pasxa bayramı belə qeyd edildi

Bakıda "Kirxa" protestant kilsəsində Pasxa bayramı qeyd olunub.

APA TV xəbər verir ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Hər il olduğu kimi Azərbaycanda yaşayan xristianlar bu il də ənənələrinə sadiq qalaraq bayramı qeyd ediblər. Bayram tədbirində ölkənin bir sıra xristian-dini icmasının nümayəndələri iştirak ediblər.

Bayram tədbirində dualar edilib, dini ayinlər icra edilib. Mərasimdə Vətən Müharibəsində şəhid olmuş və xristian dininə itaət edən şəxslərin ruhları da ehtiramla yad edilib.  

 

Fatma Zahidqızı,

Xəyal İsgəndərov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv