Pasxa bayramı münasibəti ilə Kəlbəcərə səfər təşkil edilib

Bu gün  Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavənd məbədinə alban-udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil  edilib.

 

APA TV-nin yerli bürosundan verilən məlumata görə, səfər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb. 

 

Qeyd edək ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Fondun dəstəyi ilə növbəti tədbirin Laçın rayonundakı Ağoğlan məbədində keçirilməsi nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv