Paytaxtda bir orta məktəbin fəaliyyəti müvəqqəti dayandırıldı

"Paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb".

 

Bu barədə APA TV-yə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxıb.

 

Bu səbəbdən Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

 

Bildirilib ki, bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

 

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin reyimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv