Paytaxtda narkotacirlər yaxalandı - 4 KQ-DAN ARTIQ NARKOTİKLƏ

Paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

 

Keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 5 qram heroin və 102,303 qram metamfetamin aşkar edilib.

 

O, ifadəsində narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik vasitələri satan paytaxt sakini Əmir  Babayev də tutulub. Onun idarə etdiyi “Mercedes ”markalı avtomobilə baxış zamanı 1 kiloqram 910 qram tiryək, 30,282 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv