Paytaxtın Səbail rayonunda karantini pozan gözəllik salonu aşkar edilib

Paytaxtın Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən gözəllik salonu aşkar edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.

 

Obyektə baxış zamanı oranın sahibi Rüfət Yusupov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

 

Obyekt sahibi və müştərilər barəsində tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv