PDM ekipajları döyüş hazırlığını artırır

 

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınlarının (PDM) ekipajları döyüş bacarıqlarını təkmilləşdirir.

Nazirlikdən APA TV-yə verilən məlumata görə, təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş hazırlığının artırılması, PDM-lərin çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Müəllif | Apa.Tv
Apa.tv