Pedofillər axtalanmalıdır? - ŞƏHƏRDƏ SORĞU

Pedofillik – yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi meyl göstərmə ilə müşahidə olunan psixoloji xəstəlikdir. Ortalama hesabla dünyadakı pedofil kişilərin sayı qadınlara nisbətən dəfələrlə çoxdur.

 

Azərbaycanda son 1-2 ayda 3 belə hadisə baş verdi.

 

İmişli rayonunda 11 yaşlı qızın atalığından hamilə qaldığı məlum oldu.

Yevlaxda əmi 13 yaşlı qardaşı qızını qaçırtdı. İki gün öncə isə bəlli oldu ki, Bakıda qız 13 il atasının zorakılığına məruz qalıb.

 

Bütün bunlar göstərir ki, pedofilliklə mübarizə daha da gücləndirilməli, cəzalar sərtləşdirilməli, bu cür hadisələrə ənənə donu geyindiriləməməlidir.

 

Mir Çingiz Ağazadə

Xəyal İskəndərov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv