Pəncərə sındırılıb, bədənində xəsarət var - TOVUZDA MEYİT TAPILDI
Tovuzda kişi meyiti tapılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, fakt rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
44 yaşlı Mayıl Nəbiyevin meyitini evində qonşuları aşkarlayıb. Onun bir gün əvvəl öldüyü müəyyən edilib. Mərhumun bədənində kəsilmiş-deşilmiş xəsarət izləri aşkarlanıb.
Həmçinin evin pəncərəsi də sınıb. Spirtli içki asılılığı olan M.Nəbiyev tək yaşayıb. Həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. Qızı ailə quraraq başqa kəndə köçüb, oğlu isə hərbi xidmətdədir.
Hadisənin dəqiq təfərrüatı araşdırmadan sonra bəlli olacaq.