Pəncərələr sınıb, divarlar sökülüb, otaqlar buz kimidir: TAM ORTA MƏKTƏBİN YARIMÇIQ BİNASI
Bura Masallı rayonu Səməd Vurğun adına Türkoba kənd tam orta məktəbidir. Məktəb binasının qəzalı vəziyyətdə olduğu göz qabağındadır.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, 1985-ci ildə tikilib istifadəyə verilmiş 620 yerlik məktəb binasının divarlarında çatlar əmələ gəlib, pəncərələr sınıb, istilik sistemi olmadığı üçün odun sobalarından istifadə olunur. Məktəbin akt və idman zalları, bufeti isə dağılmaq üzrədir. Valideynlər deyir ki, uşaqları məktəbə göndərməyə qorxurlar. Elə məktəblilər də vəziyyətin nə qədər təhlükəli olduğunun fərqindədirlər.
Məktəbdə sinif otaqlarının sayı 31-dir, 2 laboratoriya otağı var. Təxminən 40 ilə yaxındır ki, təmir olunmayan məktəbdə akt və idman zalı olsa da, istifadəyə yararsız hala düşüb. Bu qəzalı və təhlükəli vəziyyət nə vaxta kimi davam edəcək sualı ilə aidiyyəti üzrə maraqlandıq.
Yəqin ki, bu vədlərdən sonra Türkoba məktəbinin müəllimləri də, şagirdləri də gələn ilə kimi heç bir təhlükəli hadisə baş verməməsi üçün dualar edib, böyük ümidlərlə gələcək illəri gözləyəcəklər.
Qeyd edək ki, hazırda məktəbdə 327 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı