Pensiyalar niyə artımsız verilir?
2022-ci ilin ilk ayı üzrə pensiyaların ödənilməsinə bugündən başlanılıb.
Lakin vətəndaşlar iddia edir ki, bu gün verilən pensiyalarda heç bir artım olmayıb. Artımın isə yanvar ayından olması gözlənilirdi.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunu ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb. Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir və onların pensiyaları yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir.
Pensiyaların bu ilin əvvəlindən artırılması isə 2021-ci ilin orta aylıq əməkhaqqının artımına dair Komitədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi məlumata uyğun aparılacaq. Artımlar tətbiq olunduqda bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.
Semral Cavad
APA TV