Peşəkar psixoloqların pulsuz seansları davam edir - APA TV
Fövqəladə Hallar Nazirliyi tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir.
Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.
FHN-in əməkdaşı İlqar Abbasov deyir ki, eyni anda 6 şəhərdə Bakı, Sumqayıt, Gəncə, Bərdə, Lənkəran və Qəbələ şəhərlərində yenidən psixoloqlar, Türkiyədən gələn psixoloqlarla bərabər Nazirliyin psixoloqları psixoloji yardımlarla başlayıb: “Eyni ilə şəhid ailəsi, müharibə iştirakçıları, müharibə qaziləri, terrordan əziyyət çəkmiş vətəndaşlara psixoloji yardım göstərilməkdə davam etdirilir. İndiki son statistikaya əsasən 1000-dən artıq şəxs qeydiyyata düşmüşdür. Bunlardan 760 nəfər şəxs artıq seanslarda iştirak etmişdir. 1700-dən artıq seanslar keçirilmişdir. 760 nəfər şəxsdən, seanslarda iştirak edən şəxsdın 104 nəfəri uşaqlardır. Burdan bildirmək istəyərdik ki, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə, terrordan əziyyət çəkmiş vətəndaşlara həmin bu layihədə iştirak etmək üçün, psixoloji yardımdan istifadə etmək üçün FHN-in “112” qaynar xəttinə əlaqə saxlasınlar və qeydiyyata düşsünlər. Onu da qeyd etmək istəyərdim ki, senaslarımız tamamilə pulsuzdur”.
Türkiyədən dəvət olunmuş heyətin kordinatoru Mustafa Kəskinin sözlərinə görə, sadəcə travma alan şəxslər yox, onlarla daimi ünsiyyətdə olan insanlarda da müəyyən problemlər yaranır: “Bunu bu cür izah edə bilərik. Bir tarvmaya məruz qalan insan, ailəsi, uşaqları və bununla birikdə ətrafındakı insanlar da bu travmadan təsirlənə bilir. Biz buna posttravmatik stress pozuntusu Posttravmatik pozuntusunda görülən amillər vardır. Bunlar xüsusi ilə yuxusuzluq, narahatlıq, gündəlik yaşama davam edə bilməmək, ailəsi ilə problemlər yaşama, işində problemlər yaşama, tez-tez ürək döyünməsi kimi bir çox problemlər yaşanır. Bu insanların həyatı təkrar qazanması lazımdır”.
Kordinator-psixoloq göstərilən psixoloji yardımların olduqca yüksək nəticələr verdiyini qeyd edib. Müalicə almış şəxslərin sonradan digər zərərçəkmişləri də müayinəyə cəlb etdiyi bildirilib.
Bir daha xatırladaq ki, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.