Peyvənddən imtina edənlər öz hesabına müalicə olunacaq?
“Bu yaxınlarda Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-in iştirakı ilə icbari tibbi sığortanın tətbiqinə dair dinləmə keçirəcəyik”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək: “Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır”.
Əhliman Əmiraslanov qeyd edib ki, zərfə daxil olan xidmətlərin konkret qiymətləri barədə məlumatı İTSDA-nın saytından almaq olar: "Bu qiymətlər açıqdır. Qanun layihəsindəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb müəssisələrinə göndərəcək".
“Vaksinasiya problemi, koronavirusa qarşı vaksinasiyadan imtina etmə problemi ötən gün parlamentdə keçirilən dinləmədə çox geniş müzakirə edilib”.
Deputat bildirib ki, peyvəndləmə yaşının azaldılması ilə bağlı məsələyə baxılır: “Peyvəndlənmədən imtina etmiş şəxslərin öz hesabına müalicə alması məsələsi də müzakirə edilir”.