Pirşağı qəsəbəsində avtomobil iribuynuzlu heyvanı vurub

Abşeron rayonunda avtomobil iribuynuzlu heyvanı vurub.

APA Tv-nin məlumatına görə, avtoqəza Pirşağı qəsəbəsində baş verib.

Məlumata görə, "Mercedes" markalı avtomobilin qarşısına qəfildən inək çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobillə onu vuraraq öldürüb. Hadisə zamanı sürücü özü də xəsarət alıb.

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv