Piyada öldü, maşın dərəyə yuvarlandı - BAKI-SUMQAYIT ŞOSSESİNDƏ

Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində bir nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib.

APA Tv xəbər verir ki, belə ki, “BMW” markalı avtomobili idarə edən Xaspoladov Toğrul qəfil yolda uzanmış vəziyytdə olan təxminən 50-55 yaşlı kişini  görüb. Ancaq buna baxmayaraq, o əyləcdən gec istifadə edib. Nəticədə nəqliyyat vasitəsi həmin şəxsin üzərindən keçib. Avtomobildə olan sərnişin  İsmayıl Xaspoladov bildirib ki, onlar yoldan keçən vaxtı “Opel” markalı avtomobil dərəyə aşıb. Yerdə uzanan şəxsi isə hansısa naməlum markalı  avtomobil vurub.

Dərəyə yuvarlanaraq aşan “Opel”  markalı nəqliyyat vasitəsinin sürücüsü isə hadisənin şokunda olduğu üçün müsahibə verməkdən imtina etdi.

O, şifahi olaraq bildirdi ki, yolda naməlum səbəbdən uzanmış kişini görərkən avtomobilini qəfil sağ istiqamətə sürüb. Nəticədədə nəqliyyat vasitəsi yenicə qazılmış çuxura düşüb.

Hadisə yerində olan şahidlər isə hər iki sürücünün fikrini təsdiqləyib.

Baş vermiş hadisə ilə əlaqədar  əraziyə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın hansı şəraitdə ölməsi dəqiqləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv