Piyadanı maşın vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.


APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı avtomobil yolu keçən Ucar rayonunun Qaradağlı kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Mustafa Əli oğlunu vurub. Piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.  


Qeyd edək ki, yol-nəqliyyat qəzasının iştirakçısı olan VAZ 2106 markalı avtomobilin sürücüsü yaralını özü xəstəxanaya çatdırıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

 
 

Müəllif | Apa.Tv
Apa.tv