Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı - SONRA POLİSƏ TƏSLİM OLDU
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Elçin Məmmədov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1969-cu il təvəllüdlü Asif Adıgözəlovu vurub.
Piyada ağır xəsarətlər aldığı üçün hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşlarına təslim olub.
Faktla bağlı araşdırma aparılır.