Limanda yaşlı qadını maşın vurub öldürdü - SÜRÜCÜ QAÇDI

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaşlı qadının ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumata görə, rayonun Liman şəhəri ərazisində  Cəlilabad rayon Alar kənd sakini, 28 yaşlı Azər Camalov idarə etdiyi "VAZ 21-07" markalı 44-BN-751 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Balaqız Abdulhüseyn qızı Quliyevanı vuraraq ağır yaralayıb. Sonra isə hadisə yerindən uzaqlaşıb. Ətrafdakıların köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaşlı qadının artıq vəfat etdiyi məlum olub. BDYPİ-nin 11-ci tağımının əməkdaşları sürücünü saxlamağa müvəffəq olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv