Polietilen torbaların bunlarla əvəz olunması təklif olunur – APA TV

Bu il fevralın 15-dən etibarən ölkənin ticarət obyektlərində alış-veriş zamanı polietilen torbalar üçün ayrıca ödəniş alınmasına başlanıb. Sözügedən addımın ətraf mühitin çirklənməsinin qarşısını almaq, ekologiyanı qorumaq məqsədilə atıldığı bildirilir. Bəs görəsən bu qərar ötən bir neçə ay ərzində ətraf mühitin mühafizəsi istiqamətində hansısa müsbət dəyişikliyə səbəb oldumu? Ekoloq Qorxmaz İbrahimli deyir ki, polietilen torbaları ödənişli etmək ətraf mühitin mühafizə olunmasında çarə deyil. Ətraf mühiti qorumaq üçün xarici təcrübədə olduğu kimi, polietilen torbalardan ümumiyyətlə imtina etmək lazımdır. Ekoloqun sözərində görə, polietilen torbalar nəinki təbiətə, həm də insan sağlamlığına ziyan vurur. Belə ki, qida məhsullarının polietilen torbalarda saxlanılması onun tərkibində müəyyən dəyişikliklərə səbəb olur və bu da orqanizmdə bəzi xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Qeyd edək ki, ekoloqların araşdırmalarına görə, polietilenin çürüməsi torpaqda 800 ilə, dənizdə isə 400 ilə başa gəlir. Bütövlükdə isə polietilen torbaların qalıqlarının təbiətdə tamamilə yox olması üçün ən azı min il lazım gəlir.

ORXAN ASLAN

ELVİN MURADOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv