Polis əməkdaşına məxsus avtomobil qəza törətdi - AĞSTAFADA
Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunu xəbərinə görə, hadisə rayonun ərazində qeydə alınıb. 1991-ci il təvəllüdlü Firuzə Sanıyeva yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Məlumata görə, piyadanı vuran avtomobil polis əməkdaşına məxsusdur.
Faktla bağlı araşdırma aparılır.