Polis əməkdaşları 50 aztəminatlı ailəyə yardım edib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun şəxsi heyəti maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşları ümumilikdə 50  ailəyə baş çəkərək onlara müxtəlif ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamalar təqdim ediblər.

 

Polis əməkdaşları həmçinin baş çəkdikləri ailələrdə maarifləndirici söhbətlər apararaq onlara karantin qaydalarına riayət etməyi tövsiyə ediblər.

Müəllif | Apa.Tv
Apa.tv