Polis mayoruna 5 bıçaq vurdular - TƏRTƏRDƏ

 

Tərtərdə polis zabiti bıçaqlanıb.

APA TV-nin məlumatına görə, hadisə rayonun Buruc kəndində qeydə alınıb.

 

Kənd sakini Seyhun Nəcəfov sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Bu zaman S.Nəcəfov hadisə yerinə gələn Tərtər rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, sahə müvəkkili, mayor Elçin Aslanova üstündə gəzdirdiyi bıçaqla 5 zərbə endirib. E.Aslanov xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib. Hadisəni törədən S.Nəcəfov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv