13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Polis metroda maska taxmayanlarla bağlı reyd keçirdi

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Bakı Metropolitenində tibbi maskadan düzgün istifadə etməyən vətəndaşlarla bağlı reyd keçirib.

APA TV-nin məlumatına görə, DİN mətbuat xidmətinin inspektoru Anar Qafarov reydin məqsədi barədə jurnalistlərə məlumat verib: “Nazirlər Kabinetinin müvafiq qərarına görə, xüsusən ictimai nəqliyyatda, taksilərdə, eləcə də metroda tibbi maska taxmaq məcburidir. Bu səbəbdən reydlər mütəmadi olaraq reydlər keçirilir, maarifləndirici söhbətlər aparılır. Bugünkü reydimizin əsas məqsədi də budur. Lakin bu tövsiyələrə məhəl qoymayan şəxslər müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaq”.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə DİN və polis əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər davam etdiriləcək: “Nazirlər Kabineti tərəfindən ntin rejiminin yumşaldılması həyata keçirilib. Açıq havada maskadan istifadə məcburi deyil, amma unutmamalıyıq ki, qapalı məkanlarda tibbi maskadan mütləq istifadə etməliyik. Maskalar ağız və burun nahiyəsini tam olaraq bağlamalıdır. Əks halda, bu, həm insan sağlamlığı üçün təhlükəlidir, həm də həmin şəxslər maskadan düzgün istifadə etmədiklərinə görə qanunvericiliyin tələbinə uyğun olaraq cərimə edilirlər. Bu səbəbdən hər kəsi qaydalara əməl etməyə və maskalardan düzgün istifadə etməyə çağırırıq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, ictimai nəqliyyatda, taksilərdə, keçidlərdə, eləcə də metro stansiyalarında tibbi maska taxmaq məcburidir.

Semral Cavad,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın