Polis narkotacir ovuna çıxdı, tutulan digərini ələ verdi - BAKIDA XÜSUSİ ƏMƏLİYYAT

Abşeron rayonu ərazisində narkotik alverçisi ələ keçib.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Masazır qəsəbə sakini İslam Abdullayev Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərindən 10,252 qram, yaşadığı evdən isə 41,016 qram heroin, 19,316 qram psixotrop maddə metamfetamin, 52,421 qram narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.

         
Paytaxtda keçirilən əməliyyatlar zamanı isə 4 narkotacir saxlanılıb.

Suraxanı rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin İbrahimovun üzərinə baxış zamanı ondan 100,627 qram qurudulmuş marixuana,
1,068 qram  heroin və 1,239 qram psixortop maddə metamfetamin aşkar edilib.

Sabunçu rayonu ərazisində isə  Ceyhun Əkbərov adlı şəxs tutulub. Ondan 1,487 qram heroin götürülüb. Saxlanılan şəxs narkotik vasitəni Kamil adlı şəxsdən aldığını bildirib.

Bundan sonra paytaxt sakini Kamil Dadaşov yaxalanıb. Axtarış zamanı şübhəli şəxsdən elektron tərəzi ilə birlikdə 53,033 qram çəkidə heroin tapılıb. Kamil Dadaşov isə Fərid adlı şəxsin müştərisi olduğunu deyib.

Cəlilabad rayon sakini Fərid Səmədov da paytaxt ərazisində ələ keçib. O, narkotik satdığını etiraf edib.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.

 

 
 

Müəllif | Apa.Tv
Apa.tv