Polis rəisi ürəyindən atəş açıb - HADİSƏ YERİNDƏN GÖRÜNTÜ

Bu gün saat 11 radələrində Binəqədi Rayonu 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahından istifadə edərək intihar edib.

 

Baş Prokurorluqdan verilən məlumata görə, Rahib Mirzəyev tabel silahından ürək nahiyəsinə bir dəfə atəş açıb.


Hadisədən dərhal sonra Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə yollanıb.


Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

 

Semral Cavad,

Əli Ələkbər,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv