Polis şöbələrində araşdırmalar aparılır

Ötən gün müxtəlif rayon sakinlərindən 11 odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 14-də 15-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürülüb. 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv