Polis təşkilat komitəsinin qərargahına basqın etdi - Cinayət işi başladıldı
Fransa polisi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təşkilat komitəsinin ofisinə basqın edib. Bu barədə CNN-ə təşkilat komitəsinin mətbuat katibi Conatan Firpoya məlumat verib. Fransanın milli maliyyə prokurorluğunun məlumatına görə, araşdırma zamanı maliyyə pozuntuları ilə bağlı faktlar aşkar olunub və polis 2024-cü il Olimpiadası Təşkilat Komitəsinin ofislərinə cavabdeh olan dövlət orqanın qərargahında reydlər keçirib. Bundan sonra dövlət vəsaitinin mənimsənilməsi, bir neçə müqavilə ilə bağlı qeyri-qanunları əməllərin törədilməsi istiqamətində cinayət işi başladılıb. Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunlarının gələn il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunlarının isə avqustun 28-dən sentyabrın 8-dək keçirilməsi planlaşdırılır.