Polis Xaçmaz ərazisinə giriş-çıxışı məhdudlaşdırıb
Xaçmazda polisi sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb.
Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır, sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.