Polis xidməti maşınla piyadanı vurdu
Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.
Hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.
Orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.
Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb.
“Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır", - o əlavə edib.