Polis zabiti və bir qadın dünyasını dəyişdi - SAMUXDA AĞIR YOL QƏZASI

Samuxda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında qeydə alınıb. Behbudov Allahverdinin idarə etdiyi kombaynla Gəncə Şəhər Nizami Rayonunun polis əməkdaşı, leytenant Çağırqanov Elnurun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü və onun sərnişini Gəncə Şəhər ASAN xidmətin əməkdaşı Süleymanzadə Ləman Nazım qızı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv