Polisə müraciət edənlər yoxlanılaraq inzibati binalara buraxılırlar

Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etmək tövsiyə edilir.

 

Bu məqsədlə Polis İdarə, Şöbə və Bölmələrində də mütəmadi olaraq müvafiq qaydada dezinfeksiya işləri görülür. Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar.

Müəllif | Apa.Tv
Apa.tv