Polkovnik-leytenant qəfil vəfat etdi

 

Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat edib. APA TV xəbər verir ki, Quru Qoşunlarının zabiti, Vətən Müharibəsi iştirakçısı, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün qəfil dünyasını dəyişib. Onun məzuniyyətdə olarkən İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan vəfat etdiyi bildirilir. Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv