Portuqaliya və İspaniyada balinalar gəmiyə hücum etdi
Portuqaliya və İspaniyada balinalar gəmilərə hücum edir.
APA TV Lent.az-a istinadən xəbər verir ki, qatil balinalar xüsusilə İber sahillərində gəmilərə tez-tez hücumlar edirlər.
Məlumatlara görə, qatil balinalar avqust ayında ovçuların gəmisinə hücum edib və nəticədə gəmini su basıb. Həmin gəmidən 5 nəfər xilas olub.
Alimlər hələ də balinaların gəmilərə hücum etməsinin səbəbini tam açıqlaya bilməyib. Araşdırmalara görə, son bir neçə il ərzində qatil balinaların xüsusilə gecə saatlarında hücum etdiyi məlum olub.