Postda saxlanılan şəxsdən narkotik və silah götürüldü

Qubada stasionar postda saxlanılan şəxsdən narkotik götürülüb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən verilən məlumata görə, rayon sakini Kamal İskəndərov özünə məxsus “Niva” markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılan müvəqqəti stasionar postda saxlanılıb.

Həmin vaxt sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv