12:42 20 may 2022 236
Ana səhifə Xəbərlər

PPX maşınına minən dostlar cərimələndi

Bir neçə gün əvvəl Bakının Xətai rayonunda yerləşən parkda maraqlı hadisə baş verib.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Gənclik” parkında qəfil yağış yağmağa başlayarkən 3 nəfər qaçaraq ərazidəki Post Patrul Xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobilə daxil olub. Onlar maşının qapısını arxadan bağlayaraq düşməkdən imtina ediblər.

 

Ərazidə xidmət aparan polislərin qanuni tələbinə məhəl qoymayan həmin şəxslər daha sonra saxlanılaraq bölməyə aparılıb. Məlum olub ki, həmin şəxslər Qəbələ rayonunun Zarağan kənd sakinləridir və sərxoş vəziyyətdədirlər. Bölmədə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 30-35 yaşlı 3 dostun işi məhkəməyə göndərilib.

 

Məhkəmədə onlar yağışdan qorunmaq üçün belə bir hərəkət etdiklərini, peşman olduqlarını deyiblər.

 

Xətai Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 150 manat cərimə edilməklə sərbəst buraxılıblar.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın