Prezident Anar Kərimovu işdən çıxardı
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamları ilə Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Sərəncama əsasən, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib.