Prezident başsağlığı verdi - 1 dəqiqə 10 xəbər 18:00 buraxılışı
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib
DSX helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olduğunu, 2 nəfərin yaralandığını açıqlayıb.
Helikopterin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb
Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 658 vaksin vurulub.
Azərbaycanda son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib
Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb
Azərbaycan dili üzrə sınaq imtahanı keçiriləcək
Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqinə başlanılıb
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb