Prezident BDU-nun 100 illik yubileyi ilə bağlı mərasimə qatılıb
Noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə Konqres Mərkəzində mərasim keçirilib.
APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı mərasimdə nitq söyləyib.
Sonra BDU-nin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış ediblər.
Daha sonra pianoçu Etibar Əsədlinin ifasında BDU-nun məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edilib.
Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Rəşad İmanov çıxış edib.
Universitetin 16 fakültəsi üzrə elm sahəsini əhatə edən rəqəmsal qrafikin təqdimatı olub.
Sonda BDU-nun himni səsləndirilib.